Rusiya BMT Təhlükəsizlik Şurasından (TŞ) kənarlaşdırıla bilməz, çünki belə bir prosedur mövcud deyil.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Sergey Lavrov cavab verdi ki, belə bir mexanizm yoxdur. Lakin onlar uydura, hansısa düsturlar icad edə bilərlər. Sadəcə olaraq, belə bir prosedur yoxdur”, - Zaxarova "Solovyov.Live"ın efirində “Rusiya BMT Təhlükəsizlik Şurasından kənarlaşdırıla bilərmi?” sualına cavabında deyib.

.