“Meta” və digər Amerika rəqəmsal korporasiyaları ABŞ-ın Rusiyaya qarşı başlatdığı informasiya müharibəsində açıq şəkildə iştirak edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, həmçinin şirkətin vitse-prezidenti Nik Kleggerə istinad edərək, İT nəhənginin Rusiya təbliğatına qarşı mübarizədə səylərini artıracağını qeyd edib: “Təbliğat” dedikdə, görünür, onlar özlərinə uyğun olmayan faktları və Qərbin “meynstrimi”ndən fərqli olan hər hansı fikirləri nəzərdə tuturlar. Məsələn, hökmü vermək üçün zahirən müstəqil kimi görünən Ukraynanın qərəzli və sağçı radikallarla əlaqələri olan "StopFake" təşkilatı təyin olunub”, - Zaxarova “Telegram” kanalında yazıb.

Qeyd edək ki, Rusiya Ukrayna müharibəsi başlayandan “Meta”ya daxil olan “Facebook” və “Instagram”ı ölkə ərazisində bloklayaraq, onların fəaliyyətini qadağan edib. Rəsmi Moskva “Meta” şirkətini ekstremist təşkilat elan edib.

.