“ABŞ daha 55 rusiyalı diplomatı, səfirlik və konsulluqların inzibati, texniki işçilərini ölkədən çıxarmaq istəyir”.

RİA Novosti xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Bildirib ki, Vaşinqtonun irəli sürdüyü tələblər nəzərə alınsa, Rusiyanın daha 55 diplomatı, inzibati və texniki işçisi yaxın aylarda ABŞ-ı tərk etməlidir: "Bu, mahiyyətcə qovulmaq deməkdir, diplomatik “cəbhədə” vəziyyət daha da pisləşəcək".

RİA Novosti-nin məlumatına görə, son illərdə ABŞ-da rus diplomatlarının iş şəraiti durmadan pisləşib.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Moskva on minlərlə rusiyalının yaşadığı ABŞ-ın qərb hissəsindəki konsulluq fəaliyyətindən tamamilə məhrum edilib.

Bundan əlavə, mütəmadi olaraq rus diplomatların ölkədən çıxarılması halları baş verir və
Vaşinqton, həmçinin, viza prosedurlarını kəskin şəkildə sərtləşdirib.

.