
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda 3 min “Vaqner” döyüşçüsünün yerli qüvvələrlə birlikdə Nikol Paşinyan hakimiyyətini devirməyi planlaşdırması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bu məlumatı mifologiya adlandırıb.
“Onların (“Vaqnerçi”lərin-red) fotoları, bəlkə videoları var? Nəyin əsasında belə bəyanatlar verilir? Niyə görə üç min? niyə üç kvadrilyon yox, niyə 1,5 adam yox? Hardandı bütün bunlar? Faktlar hardadı? Əgər bu qədər insandan söhbət gedirsə, o zaman onların olduğu məkan haradı? Bu, (Ermənistan-red) əhalisi milyard nəfər olan ölkə deyil axı. Elə miqyaslı əhalisi olan ölkə deyil, yəqin ki, həmin insanları görərdilər. Bütün bunlar növbəti mifologiya sırasındandır”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.
.