Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Londonun Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə qarşı sanksiyalarına cavab olaraq britaniyalı jurnalistlərə qarşı tədbirləri istisna etməyib.

Bu barədə Zaxarova “Solovyov Live” proqramında çıxışında bildirib.

“Britaniyanın “Rossiya” telekanalına qarşı sanksiyalar tətbiq etməsi səbəbindən britaniyalı jurnalistlərin çantalarını yığmaq vaxtı çatıbmı?” sualına Rusiya XİN sözçüsü “çoxdan vaxtı çatıb” deyə cavab verib.

"Biz çox səbrli idik", - deyə Zaxarova əlavə edib.

Qeyd edək ki, Britaniya Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin jurnalistlərinə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Londonun sanksiya siyahısına hazırda “Rossiya” telekanalının Ukraynadakı müharibə zonasında olan müxbirləri Yevgeni Poddubnı, Aleksandr Kots, və Dmitri Steşin düşüblər. “Rossiya” telenakanalının Azərbaycan əsilli jurnalisti Nailə Əsgərzadə də Britaniyanın sanksiya siyahısına düşüb.

.