
Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistanın Moskvanın vasitəçiliyi olmadan birbaşa dialoq aparmaq seçiminə hörmətlə yanaşır.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Biz bu seçimə hörmətlə yanaşırıq. Biz əvvəlki kimi sülh prosesinə dəstək verməyə, həm məsləhətləşmələr, həm də müqavilənin imzalanması üçün platforma təqdim etməyə hazırıq", - o qeyd edib.
.