"Moskvada Artsax Respublikasının heç bir nümayəndəliyi mövcud deyil".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Azərbaycan KİV-i tərəfindən belə bir sual daxil olduğunu söyləyib: "22 fevralda Moskvada "Azad Artsax 30 il" adlı dəyirmi masa keçirilib. Tədbirdə Artsax Respublikasının Moskvadakı daimi nümayəndəsi Albert Adriyan iştirak edib. Rusiya-Artsax dostluq cəmiyyətinin yaradılması haqqında məlumat verilib. Rusiya XİN bunu necə şərh edə bilər? Biz söhbətin nədən getdiyi dəqiqləşdirdik. Demək istəyirəm ki, Moskvada Artsax Respublikasının heç bir nümayəndəliyi mövcud deyil.
Məlumatda qeyd olunan Adriyan məndə olan məlumata görə, Ermənistan Respublikasının Rusiyadakı səfirliyinin müşaviridir. Bütün hallarda o, Rusiya XİN-də belə akkreditə olunub. Rusiya-Artsax dostluq cəmiyyətinin yaradılmasını isə şərh etməyə ehtiyac görmürəm.
Rusiyada müxtəlif ictimai təşkilatlar fəaliyyət göstərir.
Əsas odur ki, bu təşkilatlar Rusiya qanunvericiliyinə zidd fəaliyyət göstərməsin".
Rusiya Xarici İşlər Nazirliyi separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanın ABŞ-a səfərini sə şərh edib.
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin "Bako Saakyanın gələcəkdə Moskvaya səfərinin mümkünlüyünü necə görürsünüz" sualına cavab olaraq deyib ki, indiki halda bu sualı ABŞ tərəfinə yönəltmək lazımdır.
"O ki qaldı Rusiya tərəfinə, məndə belə səfər barədə məlumat yoxdur. Deyə bilərəm ki, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öhdəliklərimizə sadiqik və bu çox çətin problemin həll olunmasına aktiv yardım edirik", - deyə M. Zaxarova bildirib.
