Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 4, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 7 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bildirilib ki, bu istiqamətdə rayon ərazisində profilaktik tədbirlər davam etdirilir.

.