Azərbaycan  müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQ) qərargahında olub. 

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral Tran Thanh Nghiem ilə görüşüb. 

Görüş zamanı hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda general-polkovnik Z.Həsənov HDQ briqadasını və "Ha Long" buxtasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olub.

.