Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı, general-mayor Andrey Volkovu qəbul edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.

General-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.

.