Ermənistan-Azərbaycan dövlət sərhədindəki gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür.

Bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov xidməti müşavirədə deyib.

Nazir Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.

Mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan general-polkovnik Z. Həsənov xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

.