“Azərbaycan ordusunun əksər şəxsi heyətinin hazırlığı Türkiyənin təlim-tədris mərkəzində həyata keçirilirdi. Millətimiz, dinimiz, dilimiz, mədəniyyətimiz birdir. Biz bu şansdan istifadəyə edərək Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən məharətlə bəhrələndik və bunu davam etdiririk”.

Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla keçirilən mətbuat konfransında bildirib.

Nazir çıxışında Türk Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biri olduğunu deyib: “Mən özüm də çox şeyi burada oturan generallardan öyrənirəm. Müharibədən sonra ölkə Prezidentinin tapşırığı ilə müharibənin nəticələrini təhlil edərək yenidən Azərbaycan ordusunda təşkilat tədbirləri həyata keçirdik. Azərbaycan Prezidentinin tapşırığı ilə hazırda Azərbaycan ordusunu Türk Silahlı Qüvvələrinin modelinə uyğun təşkil etməkdə davam edirik".

.