Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən gün İranın Bakıdakı səfiri Möhsün Pakayin ilə görüşüb.
Salamnews-un İran KİV-lərinə istinadən verdiyi məlumata görə, görüşdə M.Pakayin ölkəsinin müdafiə naziri Hüseyn Dehqanın məktubunu nazir Zakir Həsənova çatdırıb. İranlı nazir Hüseyn Dehqan həmkarını İrana dəvət edib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüşdə Azərbaycanla İran arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə İran Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik Əmir Fərəci Moez də iştirak edib.
.
