Azərbaycan parlamentində ATƏT-in Varşavada yerləşən Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə əməkdaşlıqdan imtina etmək tələb olunub.
APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin iclasında deputat Zahid Oruc çıxış edib. O deyib ki, ATƏT DTİHB casus şəbəkəsidir: "Bu qurum özünün QHT-lərdən ibarət casus şəbəkəsini yaradıb. Azərbaycandan onlara informatorluq edənlər var, bu barədə ciddi faktlar ortadadır. Bu gün ATƏT-in Minsk Qrupu nədirsə, Varşava bürosu da Azərbaycan üçün odur. Yaxşı heç nə vəd eləmir. Ona görə də ən yaxşı variant bizim Varşava bürosu ilə əməkdaşlıqdan imtina etməyimizdir. Bunun Azərbaycan üçün heç bir siyasi zərəri olmayacaq, əksinə, uğur əldə edəcəyik”.
Maraqlıdır ki, ATƏT-in fəaliyyətini ciddi ittiham edən deputat Azərbaycan dövlətinin uzun illər bu qurumla əməkdaşlığı səylərinə bir daha kölgə salır. Deputatın bu ittihamları əslində Azərbaycanı dünya ictimaiyyətinin qarşısında nüfüzdan salmaqdır. Təbii ki, hər dəfə beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini tənqid etdikdə Zahid Oruc kimi deputatlar bu cür təşkilatların ünvanına isterik bəyanatlar və açıqlamalar verirlər. Əslində Zahid Oruc və onun kimi bəzi həmkarları cəmiyyətimizin dünya birliyinə inteqirasiyasının qarşısını belə açıqlamaları ilə gülünc bir vəziyyətə salır. Unutmaq lazım deyil ki, bu cür səpkili açıqlamalar əslində Azərbaycana zərbədir. Bunu da Zahid Orucun timsalında xəyanət kimi dəyərləndirmək olar!
.
