Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilir:

1. ikinci yeri tutan hər bir idmançıya 200 000  manat, onun məşqçisinə 100 000 manat;

1. üçüncü yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat.

Prezident Milli Olimpiya komandasının üzvlərini təltif etdi 

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilirlər:

Abdullayev Namiq Yədulla oğlu

Bəşirov Yaşar Eyyub oğlu

Morozov Denis Valeryeviç

Musayev Füzuli İsa oğlu

Tağıyev Qurban Vaqif oğlu.

.