Yunanıstan növbəti beş il ərzində Fransadan 10 milyard avroluq silah alacaq.

“Hürriyet” xəbər verir ki, Yunanıstan 2020-2021, 2020-2025-ci il üçün iki silahlanma proqramı üzərində çalışır. Ölkə son illər iqtisadi böhrana görə silahlanma ilə bağlı dayandırdığı siyasətini dəyişdirməyə qərar verib.

Ölkənin İsrail və Birləşmiş Ərəb Əmirliklərinindən də silah alacağı bildirilir.

Xatırladaq ki, Türkiyənin Aralıq dənizinə “Oruc Rəis” seysmik tədqiqat gəmisinin göndərilməsi Yunanıstanda sərt reaksiya ilə qarşılanıb.

.