Cari ilin 10 ayında Ümumi Daxili Məhsul 1,7%, qeyri-neft-qaz sektoru isə 2,9% artıb.

APA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O deyib ki, artım tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin olunub və sektorda artım ilin sonlarına doğru sürətlənməkdədir:

"Qlobal çağırışlara uyğun olaraq, qeyri-neft-qaz sektorunun özünün də strukturu dəyişir: aparıcı mənbələr artıq qeyri-neft-qaz sənayesi, logistika və rəqəmsal xidmətlərdir. Bu dövrdə qeyri-neft-qaz sənayesi 5,9%, nəqliyyat 10,2%, informasiya və rabitə 9,9% artıb”.

.