Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Ruy Vitoriya və onun köməkçiləri istefaya göndərilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Panatinaikos" onun rəhbərliyi altında cari mövsümdə keçirdiyi iki matçda 1 xal toplayıb.

Qeyd edək ki, 55 yaşlı portuqaliyalı mütəxəssis 2024-ci ilin oktyabrından komandaya rəhbərlik edirdi. O, 2022-2024-cü illərdə Misir millisini çalışdırıb.

.