"Batkivşina” (Vətən) Partiyasının lideri Yuliya Timoşenkonun səhətində ciddi problemlər yaranıb. Bu barədə yenizaman.az xarici mətbuata istinadən xəbər verir ki, Yuliya Timoşenko onkoloji xəstəlikdən əziyyət çəkir. Məlumatlara görə, Yuliya Timoşenkonun Almaniyaya müalicəsi ilə bağlı səfəri heç də təsadüfi olmayıb. Almaniyada müayinədən keçən keçmiş baş nazirin beynində bədxasəlli şiş aşkar edilib. Həkimlər Yuliya Timoşenkoya təcili əməliyyat olunmasını məsləhət görsələr də o Ukraynada baş verən proseslərə görə bunu bir müddət təxirə salınmasını israr edib. Alman həkimləri isə Yuliya Timoşenkoya bildiriblər ki, tez bir zamanda tədbir görülməsə, bu hal ölümlə nəticələnə bilər.
.
