Növbəti il Tokio Yay Olimpiya Oyunlarının təşkili koronavirus peyvəndi tapılmadığı təqdirdə çətin olacaq.

Bu barədə Yaponiya Həkimlər Assosiasiyasının rəhbəri Yositake Yokokura bildirib.

O deyib ki, effektiv peyvənd olmasa olimpiadanı keçirmək çətin olacaq. Yokokure dərman və peyvədlərin hazırlanması üçün tələsməli olduqlarını sözlərinə əlavə edib: "Oyunların keçirilməməsini söyləmirəm, ancaq çətin olacağını deyirəm". 

Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.
 

.