Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir.
Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib.
Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi
Humanitar əməkdaşlıq əsas istiqamətlərdən biridir. Laçının Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığımı bildirmək istəyirəm.
Bu fikirləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı səsləndirib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan verdi. Qonaqlarımız onun sürətli dirçəlişinin, eyni zamanda, aparılan bərpa işlərinin miqyasının şahidi ola bildilər”.
Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır
Azərbaycanla Türkmənistan arasında münasibətlər çoxəsrlik dostluq və qardaşlıq əlaqələrinə əsaslanır, strateji tərəfdaşlıq xarakteri daşıyır.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı, ilk növbədə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova ənənəvi qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Türkmənistana hər səfərin dərin təəssürat doğurduğunu vurğulayıb:
“Ölkənin necə dinamik inkişaf etdiyi aydın görünür. Qardaş Türkmənistanın uğurları bizi ürəkdən sevindirir”.
Azərbaycan Prezidenti iki ölkə arasında yüksək səviyyəli təmasların intensiv xarakter daşımasından məmnunluğunu ifadə edib. O xatırladıb ki, 2025-ci ilin avqustunda Türkmənistana səfər edib, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ötən il iki dəfə Azərbaycana gəlib, bu ilin iyununda isə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfəri edib.
“Bu təmaslar ikitərəfli münasibətlərə əlavə təkan verib və bir çox sahədə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb”, — dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev, həmçinin bu il Müstəqil Dövlətlər Birliyinin 35 illiyinin qeyd olunduğunu bildirib. Onun sözlərinə görə, ötən illər ərzində MDB siyasi dialoqun davam etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üçün tələb olunan platforma kimi özünü təsdiqləyib.
Azərbaycanda III MDB Oyunlarının uğurla keçirilməsi əlamətdar idman hadisəsinə çevrildi
“Azərbaycanda III MDB Oyunlarının uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi. Yarışlar ölkəmizin eyni vaxtda yeddi şəhərini əhatə etdi”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, MDB-yə üzv dövlətlərdən, eləcə də dünyanın digər ölkələrindən gəlmiş minlərlə idmançı və qonaq Azərbaycanda keçirdikləri 11 gün ərzində ölkəmizi və xalqımızı daha yaxından tanıyıb.
“Bu cür genişmiqyaslı təşəbbüslər idmanın hüdudlarından çox-çox kənara çıxır. Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır”, – Prezident İlham Əliyev əlavə edib.
2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb
2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, əlverişli coğrafi mövqeyə malik Azərbaycan müasir nəqliyyat-logistika infrastrukturunu demək olar ki, sıfırdan yaradıb.
“Azərbaycan Şimal–Cənub və Şərq–Qərb beynəlxalq dəhlizləri üzrə etibarlı tranziti təmin etməklə regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyini ardıcıl şəkildə möhkəmləndirir”, – Prezident İlham Əliyev vurğulayıb.
.
