Ötən gecə Bakı-Quba  yolunun Sumqayıtın Yaşma yaşayış massivindən keçən hissəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Sumqayıt şəhər sakini Elşən Əliyevin idarə  etdiyi  "Hyunday Elantra” markalı avtomobillə "Mersedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində E. Əliyevin sərnişini - həyat yoldaşı Aysel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib. 

 

E. Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım  Xəstəxanasına yerləşdirilib. Amma həkimlərin səylərinə baxmayaraq onun həyatını  xilas etmək mümkün olmayıb.

 

Ailənin iki azyaşlı övladı var. Faktla bağlı araşdırma  aparılır. (xeberle.com)

* Fotolar:

.