
Siyahını sentyabrda 80 yaşını qeyd edən əfsanəvi aktrisa Sofi Lorenlə başlayaq. Aktrisa əsasən tərəvəz, göyərti və meyvə ilə qidalanır. Ət məhsullarından çox nadir hallarda istifadə edən Sofi Loren yalnız qaynadılmış ət yeyir. Bundan əlavə italyan aktrisası qatıq və yoqurtu da qida rasionundan əksik etmir. İçkiyə gəldikdə isə Sofi Loren bütün italyanlar kimi qırmızı şəraba üstünlük verir.
Hər zaman pəhriz saxlayan pop ulduz Cennifer Lopes bəzi hallarda qaydanı pozur. Qayğanağı çox sevən ulduz bu yeməyi xardal və pendirlə yeməyə daha çox üstünlük verir. Müxtəlif salatlar hazırlayan cazibədar sənətçi daha çox çiy tərəvəzlərə üstünlük verir. Yediyi hər bir yeməyə isə mütləq limon suyu əlavə edir. Latın Amerikalı məşhur ətli yeməkləri də xoşlayır. Əgər bu gün ət yeyibsə, pop ulduz qarşıdakı 3 gün yalnız yüngül meyvə və tərəvəzlə qidalanır. İdman və rəqs isə öz növbəsində Cennifer Lopesin formada qalmasına kömək edir.
Onun 57 yaşı var. Lakin heç kim ona bu yaşı vermir. Söhbət məşhur müğənni Madonnadan gedir. Jurnalların birinə verdiyi müsahibədə müğənni vaxtının əksər hissəsini idman salonunda keçirdiyini, hər gün 2 saat fitneslə məşğul olduğunu, velotrenajorda qaçdığını, yoqanı da unutmadığını bildirib. Müğənni xanımlara "əgər cavan qalmaq istəyirsinizsə o zaman hər gün ən azı 45 dəqiqə velosiped sürün” mesajını da verib
Castin Timberleyk də demək olar ki, hər zaman formadadır. Özünə xüsusi nəzarət edən məşhur, dəniz məhsullarını çox sevir. İfaçının həyat yoldaşı Cessika Bil onun ən sevimli yeməyi olan balıq şorbasını xüsusi reseptlə hazırlayır. Viski və tekila Castinin sevimli içkiləri sırasındadır. Səhnədə enerjili və pozitiv görünən məşhur, hər səhər qaçır, üzür və idmanla məşğul olur.
atvxeber.az
.