Yevlaxda yol-nəqliyyat hadisəsində ölən şəxslərin qardaş olduqları məlum olub.
Rayonun Salahlı kəndindən keçən hissəsində Aqşin Hüseynovun idarə etdiyi “Mersedes Benz 200” markalı avtomobillə Akif Hacıyevin idarə etdiyi “Lifan” markalı avtomobillə toqquşub.
Hadisə nəticədə Akif Əli oğlu Hacıyev və həmin avtomobildə olan qardaşı Sabir Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Bundan başqa, Akif Hacıyevin oğlu Əli Hacıyev, Sabir Hacıyevin oğlanları Nihad Hacıyev və Elcan Hacıyev, həmçinin Rza Xurşudov xəsarət alıb.
Faktı üzrə Yevlax rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
.
