Yevlax rayonunda anasını öldürən oğulun əməlinin üstü açılıb. "Report"un məlumatına görə, rayonun Aşağı Bucaq kənd sakini, 1982-ci il təvəllüdlü Musa Nəsirov indiyədək itkin düşdüyü bildirilən anası, 63 yaşlı Ofeliya Abdullayevanı qətlə yetirərək həyətindəki tualet quyusunda basdırıb. Bildirildiyinə görə, iki ay əvvəl Musa Nəsirov həyat yoldaşı Ülkəri emisi oğlunun toy mərasiminə aparıb. Həmin gecə də ailə üzvlərinin evdə olmamasından istifadə edərək, hadisəni törədib.Ötən müddətdə Musa Nəsirovun özünü şübhəli aparması, 3 gün öncə isə anasına məxsus şəxsiyyət vəsiqəsinin, pensiya kartının onun üzərindən çıxması həyat yoldaşında şübhə yaradıb. Həyat yoldaşının suallarına cavab verməyən Musa Nəsirov onu döyüb. Bundan sonra Ülkərin valideynləri polisə gələrək Ofeliya Abdullayevanın itkin düşməsində kürəkənləri olan Musa Nəsirovdan şübhələndiklərini bildiriblər. Hadisə yerinə gələn polis əməkdaşları meyitin həyətdəki tualet quyusunda basdırıldığını aşkar ediblər. Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Ofeliya Abdullayeva 10 uşaq anasıdır.
Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri "Report" yayıb.



***

Yevlax rayonunda dəhşətli qətl hadisəsi baş verib.
"Report”un xəbərinə görə, oğul anasını qətlə yetirərək yaşadığı evin həyətində basdırıb.
Belə ki, rayonun Aşağı Bucaq kənd sakini, 1982-ci il təvəllüdlü Musa Nəsirovun 63 yaşlı anası Ofeliya Abdullayevanı qətlə yetirərək həyətində basdırması barədə polisə məlumat daxil olub.
Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.
Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
.