Yevlax rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Rayon ərazisində 99 FV 751 dövlət qeydiyyat nişanlı "Mercedes" ilə 32 BC 503 nömrəli "VAZ 21 099" toqquşub. Nəticədə avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaralılardan ikisi 57 və 58 yaşlı qadın, digər ikisi isə 36 yaşlı kişilərdir.

Faktla bağlı araşdırma aparılır.

Lent.az 

.