
Yevlaxda 12 otaqlı ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 12 otaqlı evin 7 otağının yanar konstruksiyaları 200 m² sahədə yanıb. Yüksək temperaturdan dam örtüyünün taxta atmaları 7 m² sahədə qarsalanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
.