Avropa Parlamentinin keçmiş üzvü Yeva Kayli atası Aleksandros Kaylisə özünün rüşvət qismində aldığı külli miqdarda pulları evində gizlətməsini tapşırıb.

Bunu siyasətçinin özü etiraf edib.

Kayli dekabrın 9-dan Haren həbsxanasının qadınlar bölməsində saxlanılır və Qətərdə keçirilən dünya çempionatı ilə bağlı korrupsiyaya görə mühakimə olunur.

Dekabrın 22-də o, məhkəmə qarşısında çıxış edəcək.

Qeyd edək ki, Aleksandros Kaylis kütləvi antikorrupsiya əməliyyatı zamanı Brüsseldəki “Sofitel” hotelində nağd pulla dolu çamadanla gizlənərkən saxlanılıb.

.