"Hörmətli həmvətənlər!
Sizləri müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm. Oruc tutan bütün insanlarımızın ibadət və dualarının qəbul olunmasını
Allahdan arzu edirəm!
On bir ayın sultanı, müqəddəs Qurani-Kərimin nazil olduğu Ramazan ayında millətimizi xeyirxahlığa, birliyə, qardaşlığa, bərabərliyə səsləyirəm. İslam aləminə və bütün insanlığa xeyirlər nəsib etməsini diləyirəm!
Dünya müsəlmanları bu ayda Allah və din qarşısında öz borclarını vermək fürsəti qazanırlar. Xalqımız daha bir mübarək Ramazan ayını böyük fərəhlə qarşılayır və yola salır. Uca Tanrıdan dünyamıza sülh,xalqımıza əmin amanlıq və firavan gələcək üçün diləklər edirəm. Vətən uğrunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxunur.
Bir daha hər bir müsəlmanın əziz bayramı olan Ramazan bayramı münasibətilə bütün mömin qardaş və bacıları təbrik edir, uca Tanrıdan dualarınız, arzu və niyyətlərinizin qəbul olmasını diləyirəm! Allah orucunuzu qəbul eləsin!”
.
