"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı təsis ediləcək.

Bu barədə "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə məlumat verən birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib.

O bildirib ki, hərbi vətənpərvərlik hazırda ölkəmiz üçün son dərəcə önəmli məsələdir: "Bu mənada həmkarlarımdan qanuna səs verməsini təklif edirəm”.

Qanun layihəsi səs qoyularaq qəbul olunub.
.