“Real Madrid” futbol klubunun prezidenti Florentino Peres Avropa Super Liqasının sədri təyin edilib.
Bu barədə “AP” agentliyinin jurnalisti Rob Harris özünün tvitter səhifəsində yazıb.
Mənbə bildirir ki, Peresin müavinləri “Yuventus” klubunun rəhbəri Andrea Anyelli və “Mançester Yunayted” klubunun rəhbəri Coel Qleyzer olacaq.
Qeyd edək ki, Super Liqa Avropanın ən yaxşı 20 klubunu öz himayəsi altında birləşdirmək məqsədi ilə yaradılıb.
Qərarı “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus” futbol klubları qəbul edib.
Bundan əlavə qərar Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) etirazına səbəb olub.
Qeyd olunub ki, qərarın qəbul edilməsində iştirak edən klublar öz ölkələrindəki milli turnirlərin, həmçinin UEFA-nın himayəsində olan yarışların iştirakçıları siyahısından çıxarılacaq. Bəyanat UEFA, eləcə də İngiltərə, İspaniya və İtaliyanın milli futbol federasiyalarının rəhbərliyi tərəfindən hazırlanıb.
UEFA yeni layihədə iştirak etməkdən imtina edən klublara, xüsusilə Fransa və Almaniyadan olan komandalara təşəkkür edib.
.