Son bir neçə ay ərzində Ukrayna ABŞ-la əlaqəli gəmiləri hədəfə alıb.
Bunu ABŞ-ın dövlət katibi Marko Rubio “Fox News”a açıqlamasında deyib.
O bildirib ki, bu məsələ narahatlıq doğurur.
Rubionun sözlərinə görə, Ukrayna bu gəmiləri qəsdən hədəfə almamış ola bilər, amma nəticədə bu gəmilərə hücum edilib.
“Biz buna imkan verə bilmərik. Bu məsələ həll olunmalıdır”, - ABŞ dövlət katibi vurğulayıb.
.
