2021-ci ilin ilk uşağı Goranboyda dünyaya gəlib.

Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə yeni ilin ilk doğumu saat 00:01-də Goranboy Rayon Mərkəzi Xəstəxanasında (RMX) qeydə alınıb.

Məlumat üçün bildiririk ki, ilin ilk körpəsi qızdır. Uşağın çəkisi 3 kq 300 qramdır.

.