Yenə valideyn məsuliyyətsizliyi, yenə faciə...
Bakıda 6 yaşlı Yusif evlərinə yaxın ərazidə yoldan keçərkən avtomobil vurub və azyaşlı hadisə yerində dünyasını dəyişib. Valideyn isə uşağın evdən çıxdığından xəbərsiz olub. Bu cür hadisə ilk dəfə deyil ki, baş verib. Əsas səbəb valideynlərin övladlarını diqqətdən kənar qoymasıdır.
Psixoloq deyir ki, belə hadisələr uşaqların xasiyyəti ilə də bağlı olur. Uşaq nadinc olur və bəzən valideynin sözünü dinləmir.
Sosioloqlar isə problemin həllini yeni ailə modelinin yaradılmasında görür. Çünki, cəmiyyət artıq daha mürəkkəbdir və bu dəyişiklik valideynlərin övladları qarşısında olan məsluliyyətini bir qədər də artırmalıdır.
"ATV Xəbər"
