Yəməndə üsyançılar hökumətin mənzil-qərargahını ələ keçirib, bu barədə "AFP" güc strukturlarına istinadən məlumat yayıb.
Qeyd edilir ki, Ədəndə üsyançı husilər bir neçə dövlət orqanının binasını işğal ediblər. Onların arasında hökumətin mənzil-qərargahı da var.
Yəmənin baş naziri Ədəndə tammiqyaslı hərbi qarşıdurma və separatçıların çevriliş cəhdi haqqında bildirib. O, əməliyyatları dayandırmağa çağırıb.
