Yəmənin Aden şəhər stadionu yaxınlığında partlayış baş verib. "Report"un məlumatına görə, ilkin olaraq, 4 nəfərin öldüyü bildirilir. 
Hələlik regiondakı heç bir qruplaşma partlayışın məsuliyyətini öz üzərinə götürməyib. İnsidentin təfərrüatları araşdırılır. 
Qeyd edək ki, 2014-cü ilin avqustundan husilərlə hökumət nümayəndələri arasında qarşıdurma davam edir.
.