
Yekaterinburqda həbs olunan Akif və Ayaz Səfərovların apellyasiya şikayətinə baxılıb.
Bu barədə Yenizaman Rusiya KİV-inə istinadən xəbər verir.
Məlumata görə, Sverdlovsk vilayət məhkəməsi Akif Səfərovun apellyasiya şikayətini yenidən baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarıb.
"Akif Səfərovun həbs qətimkan tədbirinə dair apelyasiya şikayəti birinci instansiya məhkəməsinə qaytarılıb. Sverdlovsk vilayət məhkəməsi iş materiallarını yoxlayarkən onun apellyasiya instansiyasında baxılmasına mane olan hallar aşkar edib. Məhkəmə materialı apellyasiya baxışından çıxarılıb və səhvlərin aradan qaldırılması üçün Yekaterinburqun Lenin rayon məhkəməsinə qaytarılıb", - məhkəmənin məlumatında qeyd olunub.
Eyni zamanda, Sverdlovsk vilayət məhkəməsi digər həbs edilmiş şəxs - Ayaz Səfərovun həbs qətimkan tədbirinə dair apellyasiya şikayətini təmin etməyib.
"Təqsirləndirilən şəxsin vəkili qərardan Sverdlovsk vilayət məhkəməsinə şikayət edib, qəbul olunmayıb", - məlumatda deyilir.
Məhkəmə daha üç nəfərin - Bakir Mehdi oğlu Səfərov, Şahin Məmmədəli oğlu Lalayev və Əhliman Sətdar oğlu Gənciyevin apellyasiya şikayətlərinə iyulun 11-də baxacaq. Digər təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə nə vaxt baxılacağı hələ ki məlum deyil.
.