
Yekaterinburq məhkəməsində Əhliman Gənciyevin barəsində həbs qətimkan tədbiri seçilib
Yekaterinburq məhkəməsində Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.
***
Yekaterinburq məhkəməsi növbəti azərbaycanlı, iyunun 27-də saxlanılan Əhliman Gənciyevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.
APA-nın Rusiya bürosu xəbər verir ki, Gənciyev məhkəmə zalına gətirilib.
Onun üç uşaq atası və Rusiya Federasiyası vətəndaşı olduğu bildirilib.
Məhkəmə əvvəllər məhkum olunmayan Gənciyev barəsində də həbs qətimkan tədbirinin seçilməsi prosesini qapalı elan edib.
.