İsrail hərbçiləri Fələstinin HƏMAS hərəkatının rəsmi nümayəndəsi Səid Abu əl-Bahanı həbs edib.
Bu barədə "İTAR-TASS” agentliyi xəbər verir.
Məlumata əsasən, HƏMAS liderini İordan çayının qərb sahilində həbs ediblər. İsrail hərbçiləri səhər saatlarında Abu əl-Bahanın evinə daxil olaraq onu naməlum istiqamətə aparıblar.
Xatırladaq ki, HƏMAS – Fələstin İslam hərəkatı və siyasi partiyası Qəzza sektorunu idarə edir. Hərəkat 1987-ci ilin dekabrında yaradılıb.
.