Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib.
Bu barədə TƏBİB-dən Yenizaman-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, onlardan 9 nəfəri hospitalizasiya edilib, 14 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 17-si kişi, 6-sı qadın olub.
.