Yaxın Şərqdəki cari münaqişə zamanı həlak olan 6 amerikalı hərbçinin meyiti martın 7-də ABŞ-yə gətiriləcək.

Bu barədə TASS "NBC News" telekanalına istinadən məlumat yayıb.

Bildirilib ki, xüsusi təyyarə ABŞ Hərbi Hava Qüvvələrinin Doverdəki (Delaver ştatı) bazasına enəcək.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına əsasən, Yaxın Şərqdə hərbi əməliyyatlar zamanı İranın ilk cavab zərbələri nəticəsində 6 amerikalı hərbçi həlak olub. İrana qarşı əməliyyatda ümumilikdə 50 min amerikalı hərbçi iştirak edir.

.