Paytaxtıdakı "Niaqara” restoranında kütləvi zəhərlənmə baş verib.
Bu barədə "Qafqazinfo”ya hadisə zamanı "paytaxt" salatından zəhərlənənlərdən biri-İlkin Həsənov məlumat verib.
O bildirib ki, ötən gecə "Niaqara” restoranının "Şou” zalında mərasimdə olublar: "Tədbirə qatılan 60 nəfərdən 15-16-sı zəhərlənib. Digər stollarla bağlı məlumatım yoxdur, ola bilsin ki, onlar da zəhərlənib”.
Musavat.com isə xəbərə əlavəsində bildirib ki, "Niaqara" restoranı müdafiə sənayesi naziri Yavər Camalova məxsusdur.
.
