Ukraynada narazı kütləyə rəhbərlik edən Arseni Yatsenuk və Vitali Kliçko hökumətin vəzifəyə gəlmək təklifinə rədd cavabı veriblər. Baş nazir və hökumət rəhbərinin müavini postlarından imtina edən hər iki siyasətçi prezident Viktor Yanukoviçinin istefasını istəyiblər.
Bu arada ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna dövlət başçısına müraciət edərək ölkədə fövqəladə vəziyyətin elan olunmamasını istəyib. Co Bayden əlavə edib ki, hökumət müxalifətə şərait yaratmalı və "Berkut" xüsusi təyinatlılarını küçələrdən yığışdırmalıdır.
.
