Gəncədə yaşayış evinin vanna otağında qaz sobası partlayıb.

Hadisə şəhərin Mahrasa Bağı adlanan yaşayış massivində yerləşən binada qeydə alınıb.

Orada yaşayan Elçin Nağıyev yaşadığı evin vanna otağında çimərkən qaz sobası partlayıb və o yuxarı ətrafın 1-2 dərəcəli termiki yanıq xəsarətləri alıb. E. Nağıyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

APA.az 
.