
Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası təsdiqlənib.
Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.
Bu Qayda tikinti obyektlərinə tələb olunan gücün hesablanması qaydasını müəyyən edir. Tikinti obyektlərinə tələb olunan gücün hesablanması tikinti obyektinin təyinatına uyğun olaraq bu Qaydanın, “Yaşayış, ictimai binaların və mühəndis- kommunikasiya təminatı obyektlərinin elektrik təchizatının etibarlılıq kateqoriyaları”nın, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun həyata keçirilir.
Yaşayış binalarının ümumi istifadədə olan sahələrinə (o cümlədən, pilləkən qəfəsləri, vestibüllər, texniki mərtəbələr və döşəməaltılar, zirzəmilər, çardaqlar, dəhlizlər), habelə yataqxanaların yaşayış otaqlarına qruplaşdırılmış işıqlandırma şəbəkələrinin hesabat gücü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 6.3.3.15-ci yarımbəndinə uyğun olaraq, gücdən istifadə əmsalını 1,0-a bərabər qəbul etməklə, işıqlandırmanın hesablanması ilə müəyyən edilir.
Yataqxanaların ümumi işıqlandırılmasının elektrik qidalan- dırıcı xətlərində, giriş nöqtələrində və gərginliyi 0,4 kV olan PM-lərin TY/st-nin şinlərində hesabat gücü və gücdən istifadə əmsalı Kist nəzərə alınmaqla və aşağıda verilmiş işıqlandırıcıların qoyuluş güclərindən Pqoy asılı olaraq müəyyən edilir:
Pqoy |
Kist |
Pqoy |
Kist |
5 kVt-dək |
1,0 |
25 kVt-dan – 50 kVt-dək |
0,7 |
5 kVt-dan – 10 kVt-dək |
0,9 |
50 kVt-dan – 100 kVt-dək |
0,65 |
10 kVt-dan – 15 kVt-dək |
0,85 |
100 kVt-dan – 200 kVt-dək |
0,6 |
15 kVt-dan – 25 kVt-dək |
0,8 |
200 kVt-dan çox |
0,55 |
Üçocaqlı plitələr üçün gücdən istifadə əmsalı, qoşulmuş plitələrin sayını - 0,75 əmsalına vurmaqla, ikiocaqlı plitələr üçün isə - 0,5 əmsalına vurmaqla müəyyən olunur. Bu bənddə sayı qeyd olunmayan qoşulan plitələrin sayına uyğun gücdən istifadə əmsalı interpolyasiya üsulu ilə müəyyən olunur. Giriş nöqtələrində və gərginliyi 0,4 kV olan TY/st-nin şinlərində, onlardan yataqxanaların ümumi işıqlandırılması, elektrik mənbələri (rozetkaları), elektrikli mətbəx plitələri və ümumi təyinatlı otaqları qarışıq qidalandırdıqda, hesabat gücü elektrik qidalandırıcı xətlərin hesabat güclərinin cəmini 0,75-ə vurmaqla müəyyən olunur. Yaşayış binalarının ümumi istifadədə olan sahələrinin işıqlandırılması üçün elektrik qidalanma xətlərinin hesabat gücü bu Qaydaya əlavə olunmuş 1-ci cədvəlin 2-ci hissəsinə uyğun olaraq müəyyən edilir.
Sanitar-texniki və soyuducu avadanlıqların elektrik mühərriklərinin elektrik qidalanma xətlərinin hesabat gücü Phes.s-t, kVt, bu Qaydaya əlavə olunmuş 5-ci cədvələ uyğun olaraq gücdən istifadə əmsalı (Kist) nəzərə alınmaqla onların qoyuluş gücünə əsasən müəyyən edilir. Qidalandırıcı xətlərin və binaya giriş nöqtələrinin elektrik gücü hesablanarkən mühafizə aparatlarının və naqillərin en kəsik- lərinin seçilməsi halları istisna olmaqla, ehtiyat elektrik mühərriklərinin, habelə yanğınsöndürmə qurğularının və təmizləyici mexanizmlərin elektrik qəbuledicilərinin gücləri nəzərə alınmır. Eyni vaxtda işləyən yanğınsöndürmə qurğularının elektrik qəbuledicilərinin qidalanma xətlərinin hesabat gücünün müəyyən edilməsi zamanı gücdən istifadə əmsalı Kist 1,0-a bərabər qəbul edilir. Bu halda yalnız bir bölmədə (seksiyada) yerləşən, tüstükənarlaşdırma və tüstünün qarşısında yüksəktəzyiqli hava maneəsi yaradan xüsusi ventilyatorların eyni vaxtda işləməsi nəzərə alınmalıdır.
Yaşayış binalarının elektrik qəbuledicilərinin qidalandırıcı xətləri və onların güc əmsalları aşağıdakı qaydada müəyyən edilir:
2.11.1. Elektrik plitəli mənzillər |
0,98 |
2.11.2. Elektrik plitəli və məişət hava kondisionerli mənzillər |
0,93 |
2.11.3. Təbii, mayeləşdirilmiş qazla və bərk yanacaqla işləyən plitəli mənzillər |
0,96 |
2.11.4. Təbii, mayeləşdirilmiş qazla, bərk yanacaqla işləyən plitəli və məişət hava kondisionerli mənzillər |
0,92 |
2.11.5. Yataqxanaların ümumi işıqlandırılması |
0,95 |
2.11.6. Təsərrüfat nasosları, havalandırma qurğuları və digər sanitar-texniki avadanlıqlar |
0,8 |
2.11.7. Liftlər |
0,65 |
Bir elektrik mühərrikini qidalandıran paylayıcı xəttin güc əmsalı texniki pasport göstəricilərinə uyğun qəbul edilir. Yaşayış binasının qeyri-yaşayış sahəsinin elektrik yüklərinin hesabatı tikinti sahələrinin memarlıq-planlaşdırma həllindən sonra yerləşgələrin təyinatı və razılaşdırılmış layihə də nəzərə alınmaqla, mövcud şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilir. Yaşayış və qeyri-yaşayış sahələri bir xətdən qidalandırıldığı halda, qeyri-yaşayış sahəsini qidalandıran xətdə də hesabat elektrik gücünə uyğun güc məhdudlaşdırıcısı quraşdırılmalıdır. Yaşayış binalarının pilləkən qəsəfəsinin, lift holunun, mənzil holunun, eyvanının, avtodayanacağının, çardağının, fasad işıqlanmasının, qəza işıqlanmasının və bu qəbildən olan digərlərinin elektrik işıqlandırılmasının yükləri bu Qaydanın tələbləri nəzərə alınmaqla enerji təchizatı üzrə layihə əsasında müəyyən edilir. Yaşayış binalarının güc elektrik qəbuledicilərinin (lift, tüstü sovurma ventilyatoru, təzyiqli havavurma ventilyatoru, drenaj nasosları, yanğın nasosları, ümumi ventilyasiya sistemi, yanğın siqnalizasiya sistemləri və s.) elektrik yükləri bu Qaydanın tələbləri nəzərə alınmaqla enerji təchizatı üzrə layihə əsasında müəyyən olunur.
.