“Türkiyə “Azərbaycanın yanında olacağıq” dedi və bununla müharibənin gedişatını dəyişdi”.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “A Haber”ə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə dost və qardaş ölkələri çətin günlərdə heç vaxt tək qoymayıb: “Biz həmişə dost və qardaşlarımızın yanında olmuşuq”.

Nazirin sözlərinə görə, məhz Türkiyənin sayəsində Liviyada durum tənzimlənib: “Əks halda vəziyyət daha pis ola bilərdi”.

.