Bu ilin altı ay ərzində 33 min 536 əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün müraciət edib.

Bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 164 min 503 müraciət daxil olub. Bunun 7452-si Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlıdır.

.