
Xalq artisti Aygün Kazımova 45 illik yubileyini keçirib.
Yenizaman.az AzNews.az-a istinadən xəbər verir ki, yubileyin özünəməxsus qonaqları olsa da Aygün Kazımova geyimi ilə bütün diqqəti özünə çəkib. Gecə 00:00-da səhnəyə çıxan Aygün Kazımova qonaqlarını salamlayıb və ilk dəfə olaraq qeyri-adiliyə imza atmasından danışıb.
"Bilirsiniz ki, mənim doğum günüm yanvarın 26-dadır. Bu dəfə fərqli doğum günü keçirməyi qərara aldıq. Bu, mənim komandamın ideyasıdır. 25-dən 26-na keçən gecə ad günüm başladı və səhərə qədər davam edəcək” - deyə, Kazımova qeyd edib.
Qeyd edək ki, A.Kazımovanı təbrikə gələnlər arasında bəstəkar Cavanşir Quliyev, Vaqif Gərayzadə də olub.





