Aktrisa Filiz Taçbaş gənclik illərində çəkildiyi yarıçılpaq fotoları internetdən sildirmək istəyərkən imzaladığı sənədə görə məhkəməlik olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, saytlarda yayılan gənclik fotolarından narahat olaraq onların silinməsi üçün bu məsələlər üzrə peşəkar biri ilə danışıb. Həmin adam fotoları saytlardan silə bilsə də, Taçbaş söz verdiyi məbləği ödəməyib.

Haker aktrisayla bir parkda görüşərək alacağı məbləği göstərən sənədi Taçbaşa məcburi imzalatdırıb. Aktrisa həmin şəxsə qarşı "zorakılıq və talan" maddəsi ilə məhkəmə açib. Qarşı tərəf isə aktrisanın əl yazısıyla olan sənədi məhkəməyə verərək məbləği faiziylə birgə tələb edib.

.