Yardımlının icra başçısı Sevindik Hətəmov rayona rəhbər təyin olunanda bir qisim durumun qismən düzələcəyinə ümid bəsləyirdi. Lakin gözləntilərin əksinə olaraq, rayonda sosial problemlər artamaqla yanaşı, həm də icra başçısı ilə əhali arasında narazılıqlar da baş qaldırmağa başlayıb.
Jam.az xəbər verir ki, icra başçısı Sevindik Hətəmov artıq iki aya yaxındır ki, şikayətçiləri qəbul etmir. Məlumatda deyilir ki, rayon rəhbərliyi ümumilikdə, bu məsələni özlərinin gündəlik iş qrafikindən çıxarıblar. Elə bu səbəbdəndir ki, son iki ayda İcra Hakimiyyətinə dərdini demək üçün üz tutan vətəndaşlar görüş əldə edə bilmirlər. Nəticədə Hətəmovla əhali arasında narazılıqların yaranması başlayıb. Hətta bunun etiraza çevriləcəyi gözləntiləri var. Çünki sıxıntı içində olan sakinlər
Gələn xəbərlərdə deyilir ki, Yardımlı camaatının əsas problemləri sırasında məmur özbaşınalığı, sosial sıxıntılar, işsizlikdən ibarətdir. Bundan başqa digər problemlər də var ki, onların həlli vacib hesab olunur. Lakin rayon camaatı icra başçısını taparaq, onunla görüşə bilmədiklərindən həmin problemlərlə bağlı şikayətlərini çatdıra bilmirlər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
.
